
“Neftçi” Mahmud Qurbanovu təbrik etdi
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, “Neftçi-2”nin sabiq baş məşqçisi Mahmud Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Mahmud Qurbanov 1996-1997, 2004-2005-ci illər ərzində “Neftçi”nin heyətində 72 oyun keçirib, 6 qol vurub. “Neftçi” ilə Azərbaycan çempionatının (1997, 2004, 2005) və kubokunun (2004) qalibi olmuş “Professor” ləqəbli futbolçu 2018-2022-ci illərdə “Neftçi-2”ni çalışdırıb və 2020/2021 mövsümündə əvəzedici komandamızla I Divizionun qalibi olub.
Tövsiyə olunur
-
Emin Əfəndi “Neftçi” PFK-nın mətbuat katibi vəzifəsinə təyin olundu
Klub 28 sentyabr 2023, 09:00 -
27 sentyabr – Anım Günüdür
Klub 27 sentyabr 2023, 00:00 -
“Neftçi” PFK-nın yeni strukturu təsdiqlənib
Klub 26 sentyabr 2023, 12:00 -
Vitse-prezident Elnur Eyvazov “Neftçi”dən ayrıldı
Klub 25 sentyabr 2023, 12:42