“Neftçi-2” qələbəni əldən verdi

3 may 2023, 18:31

“Neftçi-2” I Divizionda növbəti oyununa çıxıb. Əvəzedicilərimiz 27-ci turda “Turan Tovuz-2” ilə heç-heçə edib - 2:2. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar”ın heyətində Elşad Tağıyev (16-cı dəqiqə) və Həbib İsmayılov (37-ci dəqiqə) fərqləniblər. Rəqibin qollarını isə Famil Camalov (63-cü dəqiqə) və Hüseyn Hüseynov (85-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi-2” 25 oyundan 52 xalla turnir cədvəlində 2-ci yeri tutur.