“Neftçi”nin 3 üzvü U-17 milli komandasında

26 aprel 2023, 11:27

Mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Bakıda təlim-məşq toplanışı başlayıb. Aprelin 29-dək davam edəcək hazırlıq mərhələsinə “Neftçi” PFK-nın 3 üzvü – Sadiq Məmmədli, Röyal Fərzullazadə və Amin Muradov qatılıb.

Qeyd edək ki, UEFA İnkişaf turnirində iştirak edəcək yekun heyət toplanışdan sonra müəyyənləşəcək.