“Neftçi” “Səbail”lə heç-heçə etdi

22 aprel 2023, 21:03

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 31-ci turda “Səbail”lə qarşılaşıb. “ASCO Arena”da keçirilən matç heç-heçə nəticələnib – 1:1. 7-ci dəqiqədə Yeqor Boqomolskinin vurduğu qola 32-ci dəqiqədə Maksim Çex qarşılıq verib.

Qeyd edək ki, “Neftçi” 31 oyundan 61 xalla turnir cədvəlində 3-cü yeri tutur.