“Səbail”lə oyunu Rəvan Həmzəzadə idarə edəcək

22 aprel 2023, 14:45

Premyer Liqada 31-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Səbail” oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Cəmil Quliyev və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək. Hakim-inspektor Vüsal Əliyev, AFFA nümayəndəsi Ramiz Mustafayev, VAR hakimi İnqilab Məmmədov, VAR hakiminin köməkçisi Müslüm Əliyev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Səbail” oyunu aprelin 22-si saat 18:30-da “ASCO Arena”da keçiriləcək.