“Səbail”lə matçın hazırlığı başa çatdı

21 aprel 2023, 19:45

“Neftçi” Premyer Liqanın 31-ci turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını başa vurub. Komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə oyunöncəsi son məşqə çıxıblar. Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, aprelin 22-si “ASCO Arena”da keçiriləcək görüş saat 18:30-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.