“Neftçi” yarımfinaldakı ilk oyunda məğlub oldu

19 aprel 2023, 19:06

“Neftçi” Azərbaycan Kubokunun 1/2 final mərhələsində ilk oyununu keçirib. Komandamız “Turan Tovuz”la qarşılaşıb. Tovuz şəhər stadionunda baş tutan matçda “ağ-qaralar” məğlub olub – 0:1. Yeganə qolu 73-cü dəqiqədə Denis Marandiçi vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 26-sı saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.