“Neftçi” Futbol Akademiyası seleksiya məşqlərinə başlayır

16 aprel 2023, 15:00

“Neftçi” Futbol Akademiyası 2015, 2016, 2017, 2018-ci il təvəllüdlü uşaqlar arasında seçimlərə start verir. Seçimlər 2, 3, 4 may tarixlərində Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək və saat 10:00-da başlayacaq.

Qeyd edək ki, seçimlərdə iştirak edəcək uşaqların doğum haqda şəhadətnaməsi tələb olunacaq. Əlavə məlumat üçün +994 50 218 49 88 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.