“Neftçi” “Qəbələ”yə uduzdu

14 aprel 2023, 22:47

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 30-cu turda “Qəbələ” ilə qarşılaşıb. “Bakcell Arena”da keçirilən matçda komandamız məğlub olub - 1:2. İlk hissədə Ramon Maçado (13-cü dəqiqədə) və İsnik Aliminin (24-cü dəqiqədə penaltidən) vurduğu qollara fasilədən sonra Emin Mahmudov (61-ci dəqiqədə penaltidən) qarşılıq verib.

Qeyd edək ki, “Neftçi” 30 oyundan 60 xalla turnir cədvəlində 3-cü yeri tutur.