“Neftçi-2” Gəncədən 1 xalla dönür

12 aprel 2023, 22:30

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 24-cü turda “Kəpəz-2”nin qonağı olub. Gəncə şəhər stadionunda keçirilən matçda heç-heçə qeydə alınıb – 1:1. 21-ci dəqiqədə meydan sahiblərinin üzvü Cavad Kərimov hesabı açsa da, 80-ci dəqiqədə Elşad Tağıyev bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi-2” 22 oyundan 47 xalla turnir cədvəlində 2-ci yeri tutur.