57 №li tam orta məktəbin şagirdləri “Neftçi”nin qonağı oldular

12 aprel 2023, 20:47

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da 57 №li tam orta məktəbin müəllim, 6-11-ci sinif şagirdləri, həmçinin “Məktəblinin dostu” layihəsinin əməkdaşlarından ibarət “İdmansevərlər” qrupunun iştirakı ilə stadion turu təşkil olunub. Qonaqlar klubun muzeyi, fan-şop, komandamıza aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar.

Daha sonra “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanan “İdmansevərlər” qrupunun üzvləri əsas komandamızın məşqini izləyib, futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar. Sonda bir-birinə hədiyyə təqdim edən tərəflər xatirə şəkli çəkdiriblər.