“Neftçi”nin 4 üzvü U-17 milli komandasında

11 aprel 2023, 11:02

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Ömər Nəsibov, Sadiq Məmmədli, Röyal Fərzullazadə və Amin Muradov dəvət alıb.

Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.