“Neftçi” “İzmir Cup”ın 32 ən yaxşı komandasından biri oldu
“Neftçi” PFK-nın U-12 komandası aprelin 7-dən 9-dək Türkiyənin İzmir şəhərində keçirilən “İzmir Cup” beynəlxalq turnirində iştirak edib. Baş məşqçi Vaqif Əliyevin yetirmələri “H” qrupundakı ilk oyununda İtaliyanın “Yuventus” klubu ilə heç-heçə edib – 0:0. “Ağ-qaralar” günün digər görüşlərində Türkiyə “Giresunspor”u (1:0) və Almaniya “Şalke”si (0:1) ilə qarşılaşıb. Turnirin ikinci günündə Türkiyənin “Beşiktaş” (1:0), “Urla” (3:0) və Belçikanın “Vesterlo” (1:0) klublarına qalib gələn “Neftçi” Rusiya “Zenit”inə (0:6) və Fransa “Metz”inə (0:1) uduzub.
Bununla da keçirdiyi 8 oyundan 13 xal toplayan “Neftçi” H qrupunda 4-cü yeri tutaraq növbəti mərhələyə adlayıb. “Ağ-qaralar” 1/16 final mərhələsində Belçikanın “Brügge” klubuna 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, komandamızın oyunları “Neftçi TV” vasitəsilə canlı yayımlanıb. 72 klubun mübarizə apardığı turnirin qalibi isə finalda “Brügge”ni 2:0 hesabı ilə məğlub edən “Bavariya” (Münhen) olub.
Tövsiyə olunur
-
Akademiya komandalarımız üçün seminar keçirilib
Akademiya 2 dekabr 2024, 17:19 -
5 futbolçumuz U-18 milli komandasında!
Akademiya 25 noyabr 2024, 19:33 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 18 noyabr 2024, 17:32 -
2 futbolçumuz İslandiya, İrlandiya və Moldovaya qarşı
Akademiya 6 noyabr 2024, 13:15