“Neftçi” Nazim Əliyevi təbrik etdi

5 aprel 2023, 15:20

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, komandamızın sabiq məşqçisi Nazim Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, Nazim Əliyev 1988, 1994-1996-cı illər ərzində “Neftçi”nin heyətində 49 oyun keçirib, 48 qol vurub. Sabiq hücumçu 1995-ci ildə “Neftçi” ilə Azərbaycan kubokunu və Superkubokunu qazanmaqla yanaşı, 26 qolla ölkə çempionatının ən yaxşı bombardiri də olub. O, 183 qolla Azərbaycan çempionatlarında ən çox qol vurmuş futbolçudur.