“Neftçi-2” “Şamaxı-2”yə qalib gəldi

4 aprel 2023, 18:46

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 23-cü turda “Şamaxı-2”yə qalib gəlib – 3:1. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə “ağ-qaralar”ın qollarını Həbib İsmayılov (7-ci dəqiqə), Aşqin Abazərov (12-ci dəqiqə) və Elşad Tağıyev (22-ci dəqiqə - penalti ilə) vurublar. Rəqibin heyətində isə Sadiq Hüseynli (9-cu dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 21 oyundan 46 xalla turnir cədvəlində 2-ci yeri tutur.