“Neftçi” Gənclər Liqasında liderliyi əldən verdi

1 aprel 2023, 16:24

“Neftçi” Gənclər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 29-cu turdakı səfər matçında “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olub. Rəqib komandanın qollarını İbrahim Ramazanov və Xəyyam Məmmədli vurublar.

Qeyd edək ki, “Neftçi” bu məğlubiyyətdən sonra 26 oyundan 59 xalla 2-ci pilləyə enib. Bir oyun az keçirmiş “Qəbələ” isə 60 xalla liderliyə yüksəlib.