“Zirə” ilə qarşılaşmanı Nicat İsmayıllı idarə edəcək

1 aprel 2023, 13:53

Premyer Liqada 28-ci turun təyinatları açıqlanıb. “Zirə” – “Neftçi” oyununun baş hakimi Nicat İsmayıllı olacaq. Ona Kamran Bayramov və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək. Hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Ramiz Mustafayev, VAR hakimi Rauf Allahverdiyev, VAR hakiminin köməkçisi Rəhman İmami olacaq.

Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu aprelin 1-i saat 19:30-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.