“Zirə” ilə matçın hazırlığı başa çatdı

31 mart 2023, 18:41

“Neftçi” Premyer Liqanın 28-ci turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını başa vurub. Komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə oyunöncəsi son məşqə çıxıblar. Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, aprelin 1-i Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:30-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.