“Neftçi-2”dən böyükhesablı səfər qələbəsi

30 mart 2023, 17:32

“Neftçi-2” I Divizionda böyükhesablı qələbə qazanıb. Əvəzedicilərimiz 22-ci turda “İmişli”ni 5:0 hesabı ilə məğlub edib. Saatlı OİK stadionunda keçirilən matçda Elşad Tağıyev het-trikə imza atıb. O, 12-ci, 21-ci və 42-ci dəqiqələrdə fərqlənib. Digər iki qolu Seymur Əliyev (60-cı və 65-ci dəqiqələr) vurub. 25-ci dəqiqədə isə meydan sahiblərinin üzvü Elnur Məmmədov qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Neftçi-2” 20 oyundan 43 xalla turnir cədvəlində 2-ci yeri tutur.