“Heydər Əliyev – 100” minifutbol turnirinin püşkatma mərasimi keçirilib

29 mart 2023, 14:40

SOCAR, AFFA, “Neftçi” PFK və “Neftçi” İK İB-nin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş minifutbol turniri keçiriləcək. Bu gün “Bakcell Arena”da təşkil olunmuş püşkatma mərasimində iştirakçı komandaların nümayəndələri olub. Turnir haqda ümumi məlumat verildikdən və qaydalar açıqlandıqdan sonra püşk atılıb.

Qeyd edək ki, qrup mərhələsinin oyunları aprelin 2-si, 9-u və 16-da keçiriləcək. Açılış oyunu isə aprelin 2-si saat 10:00 da SOCAR və SOCAR KBR komandaları arasında baş tutacaq.