“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır

28 mart 2023, 18:18

“Neftçi” Premyer Liqanın 28-ci turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını davam etdirir. Martın 25-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilmiş “Qəbələ” ilə yoxlama oyunundan (1:2) sonra bir günlük istirahətə buraxılan komandamız martın 27-də məşqləri bərpa edib.

“Ağ-qaralar” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Milli komandaların düşərgəsində olan futbolçuların qatılmadığı hazırlıq prosesində “Neftçi-2”nin 8 üzvü iştirak edib.

Qeyd edək ki, aprelin 1-i Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.