“Zirə” ilə oyunun hazırlığı davam edir

24 mart 2023, 18:36

Premyer Liqanın 28-ci turunda keçiriləcək “Zirə” – “Neftçi” matçının hazırlığı davam edir. 4 günlük istirahətdən sonra martın 21-də məşqləri bərpa edən “ağ-qaralar” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Milli komandaların düşərgəsində olan futbolçuların qatılmadığı hazırlıq prosesində “Neftçi-2”nin 8 üzvü – Seymur Əliyev, Elton Əlibəyli, Elşad Tağıyev, İbrahim Novruzov, Samir Həsənov, Bahadur Quliyev, Elcan Əbilov və Vüsal Əsgərov iştirak ediblər.

Xatırladaq ki, “Neftçi” hazırlıq çərçivəsində “Qəbələ” ilə yoxlama oyunu keçirəcək. Martın 25-i saat 16:00-dan etibarən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq görüş “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Aprelin 1-i Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu isə saat 19:30-da başlanacaq.