
“Neftçi” Futbol Məktəbi Qara Qarayevdə!
2022-ci ilin yanvar ayında fəaliyyətə başlayan “Neftçi” Futbol Məktəbinin daha bir filialı açılır. Məktəb Bakıxanov və Yasamaldan sonra Qara Qarayevdə də fəaliyyət göstərəcək.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Özbəkistan küçəsi 1. “Amasiya” İdman Sağlamlıq Kompleksinin meydançası.
Futbolun sirrlərini öyrənmək istəyən 6-14 yaşlı uşaqlar “Neftçi” Futbol Məktəbinə müraciət edə bilər. Məşqlər ödəniş əsasında həyata keçirilir. İlk məşq ödənişsizdir. Əlavə məlumat üçün: +994519371937
Qeyd edək ki, hazırda 100-a yaxın futbolçusu olan "Neftçi" Futbol Məktəbi "Neftçi" Peşəkar Futbol Klubunun nəzdində fəaliyyət göstərir. Məşqlər Bakıxanov qəsəbəsində yerləşən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə və Yasamalda yerləşən "Sportster" meydançasında keçirilir. Məşq prosesində “Neftçi” Futbol Akademiyasının UEFA lisenziyasına malik məşqçiləri ilə yanaşı, inzibati və tibbi heyəti iştirak edir.
“Neftçi” Futbol Məktəbinin fəaliyyəti ilə sosial şəbəkələr vasitəsilə daha yaxından tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
“Neftçi Arena”da stadion turu təşkil olunub
Klub 5 dekabr 2023, 11:20 -
Akademiya komandalarımız üçün seminar keçirilib
Klub 23 noyabr 2023, 18:05 -
Reziuan Mirzov Azərbaycan xalqını təbrik etdi
Klub 15 noyabr 2023, 15:32 -
“Neftçi”nin futbolçusunun iştirakı ilə mətbuat konfransı
Klub 14 noyabr 2023, 14:00