“Neftçi” “Kəpəz"lə heç-heçə etdi

16 mart 2023, 21:58

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. Komandamız 27-ci turda “Kəpəz"lə heç-heçə edib - 2:2. “Bakcell Arena”da keçirilən matçda "ağ-qaralar"ın qollarını Emin Mahmudov (65-ci dəqiqə) və Eddi İsrafilov (71-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Yusif Nəbiyev (57-ci dəqiqə) və Salif Sisse (73-cü dəqiqə) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” 27 oyundan 56 xalla turnir cədvəlində 3-cü yeri tutur.