“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi

5 mart 2023, 22:45

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. Komandamız 25-ci turda “Turan Tovuz”a böyük hesabla qalib gəlib - 4:0. “Bakcell Arena”da keçirilən matçda qolları Sezar Meza Kolli (20-ci dəqiqə), Emin Mahmudov (24-cü və 84-cü dəqiqələr) və Mateus Saldanya (72-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 25 oyundan 52 xalla turnir cədvəlində 3-cü yeri tutur.