“Turan Tovuz”la oyuna hazırlıq davam edir 

2 mart 2023, 14:36

“Neftçi” Premyer Liqanın 25-ci turunda qarşılaşacağı “Turan Tovuz”la matçın hazırlığını davam etdirir. “Qarabağ”la oyunun ertəsi günü istirahət edən “ağ-qaralar” martın 1-də hazırlığa başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə zədəli Ataa Caber iştirak etməyib. Rəhman Hacıyev isə fərdi məşğul olub.

Qeyd edək ki, martın 5-i saat 19:30-da “Bakcell Arena”da keçiriləcək matçın biletləri dünən satışa çıxarılıb. Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-turan-tovuz23/87244

“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.