“Neftçi” “Qarabağ”la heç-heçə etdi

27 fevral 2023, 22:38

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 24-cü turda “Qarabağ”la qarşılaşıb. “Azersun Arena”da keçirilən matçda heç-heçə qeydə alınıb – 1:1. Kilan Lebon 33-cü dəqiqədə hesabı açsa da, sona 7 dəqiqə qalmış bərabərlik qolu vurulub. Höccət Haqverdi avtoqola imza atıb.

Qeyd edək ki, “Neftçi” 24 oyundan 49 xalla turnir cədvəlində 3-cü yeri tutur.