“Qarabağ” – “Neftçi” matçına Rəşad Əhmədov təyin olundu

27 fevral 2023, 13:20

Premyer Liqada 24-cü turun təyinatları açıqlanıb. “Qarabağ” – “Neftçi” oyununun baş hakimi Rəşad Əhmədov olacaq. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Seymur Səlimli, VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Kamran Bayramov olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu fevralın 27-si saat 20:00-da “Azersun Arena”da keçiriləcək.