“Neftçi” trenajor zalında hazırlaşdı

24 fevral 2023, 14:15

“Neftçi” Premyer Liqanın 24-cü turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir. “Neftçi TV” vasitəsilə canlı yayımlanan bugünkü məşq klubun inzibati binasındakı trenajor zalında baş tutub və müxtəlif toplu və fiziki təmrinlər yerinə yetirilib. Hazırlıq sabah davam edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı fevralın 27-si saat 20:00-da “Azersun Arena”da keçiriləcək və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.