“Neftçi” qələbəni əldən verdi

23 fevral 2023, 15:52

“Neftçi” Gənclər Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 25-ci turda “Şamaxı” ilə heç-heçə edib – 1:1. “ASK Arena”da keçirilən oyunun 12-ci dəqiqəsində Vüqar Əlizadənin qolu ilə komandamız hesabı açsa da, sona 14 dəqiqə qalmış rəqib futbolçu Ayxan Salamzadə bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi” 21 oyundan 51 xalla 2-ci yeri tutur.