“Neftçi-2” böyükhesablı qələbə qazandı

22 fevral 2023, 18:00

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 18-ci turda “Səbail-2”ni böyük hesabla məğlub edib – 5:1. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə “ağ-qaralar”ın qollarını Hüseyn Babayev, Ramin Nəsirli, Elcan Əbilov, Aşqin Abazərov və Vüsal Əsgərov vurublar. Rəqibin heyətində isə Ədilxan Qarəhmədov fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” bu qələbədən sonra 17 oyundan 34 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib.