3 futbolçumuz U-16 milli komandasında

20 fevral 2023, 13:00

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Fevralın 20-dən 27-dək Bakı şəhərində keçiriləcək hazırlıq prosesinə “Neftçi” PFK-nın 3 üzvü – Əmir Fətiyev, Elvin Vəliyev və Nicat Məhərrəmov dəvət olunub.