“Neftçi”dən böyükhesablı qələbə

18 fevral 2023, 20:24

“Neftçi” Premyer Liqada böyükhesablı qələbə qazanıb. Komandamız 23-cü turda “Səbail”i məğlub edib – 3:0. “Bakcell Arena”da keçirilən matçda ilk iki qol penaltidən vurulub. Kenni Sayef 8-ci, Emin Mahmudov isə 48-ci dəqiqədə fərqlənib. Görüşdə son nöqtəni 74-cü dəqiqədə Mateus Saldanya qoyub.

Qeyd edək ki, “Neftçi” 23 oyundan 48 xalla turnir cədvəlində 3-cü yeri tutur.