“Səbail”lə oyunun hazırlığı başa çatdı

17 fevral 2023, 19:30

“Neftçi” Premyer Liqanın 23-cü turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığını başa vurub. Komandamızın üzvləri bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıblar. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, fevralın 18-i saat 17:30-da “Bakcell Arena”da keçiriləcək matçın biletlərini “iTicket.az”ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-sebail-fk23/86566

“Bakcell Arena”nın kassalarında isə qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.