“Neftçi”dən böyükhesablı qələbə

16 fevral 2023, 16:17

“Neftçi” Gənclər Liqasında böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” 24-cü turda “Zirə”ni 4:0 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə reallaşan oyunda Bəhruz Qurbanlı dubla imza atıb. Digər qolları Nihad Əliyev və Enar Ağalarov vurublar.

Qeyd edək ki, “Neftçi” 20 oyundan 50 xalla 2-ci yeri tutur.