“Səbail”lə oyunun biletləri “iTicket.az”da satışda

13 fevral 2023, 20:15

Premyer Liqanın 23-cü turu çərçivəsində fevralın 18-i saat 17:30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçının biletləri satışa çıxarılıb. Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-sebail-fk23/86566

“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.