“Neftçi” təlim-məşq toplanışını başa vurdu

19 yanvar 2023, 20:59

Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Komandamız Serbiyanın “Srvena Zvezda” klubuna 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu “Calista Sport Center”də baş tutan matçın 4-cü dəqiqəsində Nemanya Motika vurub.

Bununla da toplanışı başa vuran “ağ-qaralar” sabah Bakıya qayıdacaq.

Qeyd edək ki, “Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşmışdı.