
İlk oyunumuzun başlanma saatı açıqlandı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma saatı açıqlanıb. Macarıstanın “Vaşaş” klubu ilə yanvarın 10-u baş tutacaq sınaq matçı Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. “Gloria Golf Club”un stadionunda keçiriləcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Belek bölgəsindəki “Gloria Verde Resort” otelində məskunlaşan komandamız qardaş ölkədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
“Zirə” ilə matçın hazırlığı başa çatdı
A Komanda 31 yanvar 2023, 18:50 -
Laurentsiu Regekampf: “Çalışırıq ki, yeni oyunçular komandaya adaptasiya olsunlar”
A Komanda 26 yanvar 2023, 23:06 -
“Neftçi” ilin ilk rəsmi oyununda məğlub oldu
A Komanda 26 yanvar 2023, 21:27 -
“Sabah” – “Neftçi” matçını Əliyar Ağayev idarə edəcək
A Komanda 26 yanvar 2023, 13:45