“Neftçi” təlim-məşq toplanışını davam etdirir

7 yanvar 2023, 17:06

“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki təlim-məşq toplanışını davam etdirir. “Gloria Verde Resort” oteldə məskunlaşan komandamız bu gün bir məşqə çıxıb. Məşqdə fiziki təmrinlərlə yanaşı, toplu və taktiki çalışmalar da yerinə yetirilib. Hazırlığın sabah iki məşqlə davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, “ağ-qaralar”ın qardaş ölkədə 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.