Gənclər Liqasında ardıcıl ikinci məğlubiyyət

30 dekabr 2022, 16:35

“Neftçi” Gənclər Liqasında ardıcıl ikinci dəfə məğlub olub. Komandamız “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan 18-ci tur oyununda “Qəbələ”yə uduzub – 0:1.

Qeyd edək ki, “Neftçi” 16 oyundan 41 xalla 1-ci yeri tutur.