“Neftçi” PFK ilə “Buta Qlobal Enerji Tekstil” arasında əməkdaşlıq müqaviləsi davam etdiriləcək

29 dekabr 2022, 12:00

“Neftçi” Peşəkar Futbol Klubu ilə “Buta Qlobal Enerji Tekstil” arasında əməkdaşlıq müqaviləsi davam etdiriləcək. Razılaşmaya əsasən, “Buta Qlobal Enerji Tekstil” yenə də “Neftçi” PFK-nın əsas komandasının geyim tərəfdaşı olacaq.

Qeyd edək ki, “Buta Qlobal Enerji Tekstil” 2012-ci ildə İstanbulda yaradılıb. Tekstil və enerji sahəsində məhsul istehsalı ilə məşğul olan şirkət yarandığı gündən Azərbaycanda da fəaliyyət göstərir. Hazırda bir çox dövlət qurumlarının rəsmi geyimlərini təşkil edən şirkət telekommunikasiya sahəsində bir çox dövlət layihələrinin təchizatçısıdır.