İlin son oyununda böyükhesablı qələbə
“Neftçi” Premyer Liqanın ikinci dövrəsində son oyununa çıxıb. “Ağ-qaralar” 18-ci turda “Şamaxı” klubunu 3:0 hesabı ilə məğlub edib. “Bakcell Arena”da keçirilən matçın 41-ci dəqiqəsində hesabı İsmayıl Zülfüqarlı açıb. 52-ci dəqiqədə avtoqol qeydə alınıb. 89-cu dəqiqədə isə Ağadadaş Salyanski görüşdə son nöqtəni qoyub.
Qeyd edək ki, “Neftçi” 18 oyundan 38 xalla turnir cədvəlində 3-cü yeri tutur.