“Neftçi” yarımfinalda!

20 dekabr 2022, 22:30

“Neftçi” Azərbaycan Kubokunun yarımfinalına vəsiqə qazanıb. Komandamız 1/4 final mərhələsinin cavab oyununda “Zirə”ni 3:1 hesabı ilə məğlub etməklə buna nail olub. “Bakcell Arena”da baş tutan matçda "ağ-qaralar"ın qollarını Yeqor Boqomolski (3-cü dəqiqə), Emin Mahmudov (45+1-ci dəqiqə) və Kenni Sayef (95-ci dəqiqə - əlavə olunmuş 1-ci hissə) vurublar. Rəqibin heyətində isə Loris Broqno (89-cu dəqiqə) fərqlənib. İvan Brkiç 110-cu dəqiqədə Hamidu Keytanın penalti zərbəsini dəf edib.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

“Neftçi” yarımfinalda “Turan Tovuz”la qarşılaşacaq. İlk olun gələn il aprelin 19-da səfərdə, cavab matçı isə ayın 27-də "Bakcell Arena"da keçiriləcək.