“Neftçi”nin qış hazırlıq planı müəyyənləşdi

13 dekabr 2022, 19:25

“Neftçi” PFK-nın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. “Ağ-qaralar” yanvarın 4-dən 20-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışı keçəcək.

Komandamız qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.