“Neftçi” Futbol Akademiyasının üzvləri üçün seminar keçirilib

13 dekabr 2022, 16:57

“Neftçi” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə danışılmış oyunlara və irqçiliyə qarşı mübarizə, anti-dopinq və oyun qaydaları ilə bağlı seminar keçirilib. “Bakcell Arena”da baş tutan tədbirdə “Neftçi” Futbol Akademiyasının koordinatoru Elşad Əhmədov oyun qaydaları, danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Xaliq Vəliyev bu mövzuda, futbolda sosial məsuliyyət üzrə məsul şəxs Anton Şvesov irqçiliyə qarşı mübarizə, “Neftçi” Futbol Akademiyasının həkimi Mahir Ələsgərov isə anti-dopinq mövzusunda mühazirə oxuyublar, maarifləndirici təqdimatlar ediblər. Seminarda bu mövzular ətrafında əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.