“Neftçi-2” Naxçıvanda uduzdu

11 dekabr 2022, 16:15

“Neftçi-2” I Divizionda növbəti oyununa çıxıb. Əvəzedicilərimiz 14-cü turda “Araz Naxçıvan”ın qonağı olub. Naxçıvan Muxtar Respublika stadionunda keçirilən matçda “ağ-qaralar” məğlub olub – 1:3. Komandamızın yeganə qolunu 7-ci dəqiqədə Vüsal Əsgərov vurub.

Qeyd edək ki, “Neftçi-2” 13 oyundan 28 xalla turnir cədvəlində 3-cü yeri tutur.