Eddi İsrafilovun sağlamlıq durumuna aydınlıq gəldi

10 dekabr 2022, 16:50

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində dekabrın 8-də Zirə İdman Kompleksinin stadionunda keçirilmiş “Zirə” – “Neftçi” matçında zədələnmiş futbolçu Eddi İsrafilov sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “Eddi İsrafilovun diz oynağının bağ və sümük aparatında sınıq və ya gərilmə müşahidə olunmayıb. Sadəcə, ciddi toqquşma nəticəsində əzilmə və həmin hissədə yüngül ödem olduğuna görə futbolçu ağrı hiss edir. O, gələn həftədən fərdi məşqlərə başlayacaq, sonradan komandaya qoşulacaq. Yəni futbolçunun səhhətində ciddi problem yoxdur”.