“Neftçi” 1/4 finaldakı ilk oyunda məğlub oldu

8 dekabr 2022, 20:33

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu keçirib. Komandamız “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda “ağ-qaralar” məğlub olub – 0:1. Yeganə qolu 54-cü dəqiqədə Rəhim Sadıxov vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 20-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək.