Kapitanın het-triki “Neftçi”yə qələbə qazandırdı

27 noyabr 2022, 18:43

“Neftçi” Premyer Liqada növbəti qələbəsini qazanıb. “Ağ-qaralar” 15-ci turda “Səbail”i məğlub edib - 3:1 “Bakcell Arena”da keçirilən matçda Emin Mahmudov het-trikə imza atıb. Rəqibin heyətində isə Rafael Məhərrəmli fərqlənib.

Qeyd edək ki, “Neftçi” 15 oyundan 32 xalla turnir cədvəlində 3-cü yeri tutur.