“Səbail”lə oyuna hazırlıq davam edir

24 noyabr 2022, 14:09

“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığını davam etdirir. Komandamızın üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar. Hazırlıq prosesinə isinmə hərəkətləri ilə başlayan “ağ-qaralar” daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, “Neftçi” – “Səbail” oyunu noyabrın 27-si saat 16:00-da “Bakcell Arena”da keçiriləcək.